
HDPE boruları
Bu çeşid plastik boru istehsalında yeni mərhələnin başlanğıcı hesab edilir və yüksək təzyiqə davamlılığı ilə seçilir. PE100 borular digər markalı (PE 63, PE 80) məhsullar ilə müqayisədə daha az divar qalınlığına və daha üstün mexaniki xassələrə malikdirlər. Ən müasir polietilen boru sayılan bu məhsul diametri 16-1200 mm və 6,3-25 atmosfer gücündə istehsal olunur.
PE100 boruların istifadə olunduğu sahələr:
Yeraltı, yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri
Dəniz sularının axıdılması sistemləri
Su drenaj sistemi
Tarla suvarma sistemləri
Neft yataqları
Kimya və neft-kimya sənayesi
Bina və sənaye obyektlərinin tikintisi
Mədən sənayesi
Magistral və lokal təbii qaz xətlərinin çəkilişi


PE100 boruların üstünlükləri:
Bu çeşid minimal 50 il zəmanəti ilə 100 il istifadə edilə bilər
Yüksək zərbələrə davamlılıq, çatlamağa qarşı dayanıqlıq
Kimyəvi təsirə qarşı yüksək dözümlülük
Günəş şüalarına və şaxtaya qarşı davamlılıq
Həm buxta (rulon), həm də standart ölçülərdə istehsal oluna bilər
Daxili səthi hamardır, bu da su axını zamanı ərp yığılmasını minimuma endirir
Zəlzələ və digər təbii hadisələrin aktiv olduğu sahələrdə istifadəyə yararlıdır
Yüksək təzyiqə davamlılığı (PN4÷PN20) boruların sifarişdən asılı olaraq geniş təzyiq diapazonu üçün istehsal olunmasına imkan yaradır
Qofralı çirkab su, kabel və drenaj boruları
Şirkətimiz yeni növ polimer koruge boruların istehsalını və satışını həyata keçirir. Bu borular digər polimer borulardan fərqli olarag bir neçə sahəni əhatə edir.
Səthinin möhkəm və çəkisinin yüngül olması onları əvəzolunmaz edir. Bu borular həm elektrik, telekommunikasiya və digər ötürücü xətlərin təhlükəsizliyinin təminatında, həm də təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniș istifadə olunur.


Təkqat qofralı borular
Təkqatlı koruge boruların əsas üstün cəhətləri aşağıdakılardır:
Çürüməyə və korroziyaya məruz qalmırlar
Kimyəvi maddələrin təsirinə qarşı davamlıdırlar
Xarici qüvvələrin təsirinə və zərbəyə qarşı davamlıdırlar
Su keçirmirlər və nəmişliyə qarşı davamlıdırlar
Elektrik cərəyanını keçirmirlər, buna görə də kabellərin zədələnməsi zamanı cərəyanın təsirinə məruzqalma riski aradan qalxır
Kabelləri mexaniki zədələnmələrdən qoruyur
İstismar müddəti zamanı öz keyfiyyətini və xassələrini saxlayır
Elastiki olduqlarından əlavə istiqamətləndirici fitinqlərə ehtiyac yaranmır
Montaj zamanı xüsusi vərdişlərə və əlavə avadanlıqlara ehtiyac yaranmır
Kiçik çəkiyə malik olduqlarından daşınması, yüklənməsi və saxlanılması asandır
Ekoloji cəhətdən təmiz və təhlükəsiz materialdır
İkiqat Qofralı borular
Quraşdırılmasının və hamar daxili səthin hesabına kabel çəkilişinin asan olması;
Uzunmüddətli istismar müddəti və iqtisadi cəhətdən səmərəli olması;
Drenaj sistemlərinin quraşdırılmasında əvəzsizliyi;
Genağız birləşmənin hesabına tez və asan montaj:
Boruların açıq sahədə torpaq üzərində düzülməsinin, hətta böyük dinamik yükləmələrə malik yolların altından da keçilməsinin mümkünlüyü;
Çox da böyük kütləyə malik olmayan bu boruların böyük həlqəvi sərtliyə malik olması və böyük ağırlıqlara davam gətirməsi ( 8 KN/m2 va ya SN8, SN10, SN12);
Daxili səthin hamar olması səbəbindən müxtəlif qatqıların və çöküntülərin yığılıb qalmaması;
+95°C-yə qədər olan temperaturlu suyu nəql etmək qabiliyyətinə malik olmasıdır.


Drenaj borular
PE və Drenaj boru sistemləri torpaqdan arzuolunmaz suyun çıxarılmasında, tikintilərin bünövrəsinə suyun axıdılmasında, meliorasiya işlərində, magistral yollarda və yol ciyin işlərində etibarl şəkildə istifadə olunur. Drenaj boruları perforasiyalı D deliksiz, yuvarlaq və ya at nalı formall PE Drenaj boruları kimi istifadə olunur.
Drenaj boru sistemlərinə magistral yollarda, hava limanlarında və tikinti drenajlarında üstünlük verilir. Drenaj boruları magistral yolların texniki şərtlərinə uyğun istehsal olunur. Drenaj sistemi sağlam infrastrukturun yaradılması və saxlanmasında son dəracə vacibdir. 6 metr uzunluqda deșikli və ya deșiksiz istehsal edilə bilər.
İstifadə sahələri
Kand təsərrüfatı torpaqlarından zərərli suların çıxarılmasında;
Ot idman meydançalarının infrastrukturunda;
Magistral yolun çiyinlərinin drenajında;
Bütün növ tikinti mərtəbələrinin qrunt sularının boşaldılmasında;
Palçıql, gilli və bu kimi torpaqların meliorasiyasında.
Drenaj borularının üstünlükləri
İstehsal materialı davamlı materialdır – HDPE (aşağı sıxlıqlı polietilen);
Temperatur təsirlərinə davamlıdır (aşağı temperaturdan qorxmur);
Korroziyaya uğramayın;
Uzun xidmət müddəti var (ən azı 50 il);
Yüngül çəkiyə malikdirlər;
Nəqliyyat üçün əlverişlidir;
Saxlamaq və quraşdırmaq asandır.
PPR, PPRC borular
Plastik kütlələrin emalı sənayesində çox əhəmiyyətli proseslərdən biri də “Random polipropilen”nin (PPRC) əldə olunması və onun sənayeyə tətbiqidir.
PPRC fiber borular yüngül və hamar olması, daxili səthinin sürüşkən va parlaq olması, kirəc bağlamaması, paslanmaması, gigiyenik olması, quraşdırılmasının asan olması kimi üstün cəhətləri ilə plastik boru sahəsinda əhəmiyyətli yer tutaraq bina içi soyuq və isti su təsisatlarında istifadə edilməyə başlamışdır. Plastik boru sahəsində xammalın ən mühüm xüsusiyyəti istiliyə və kimyəvi təsirlərə qarșı göstərdiyi yüksək müqavimətdir. Bu müqavimət sayəsində PPRC xammalıindan hazirlanan PPR boru soyuq və isti su tesisatlarında uğurla istifadə edilir. PPRC borular rəng, dad və qoxu verməyon üstün xüsusiyyətlərə malik olur. Onun istilik universallığı xüsusi əhəmiyyət kəsb edir.


Polipropilen PPR borular
Keyfiyyət: Bizim zavodda istifadə olunan xammalın əksəriyyəti Avropada istehsal olunub və DIN, TSE, ISO 9001 standardların tələblərinə uyğundur.
Etibarlılıq: Bu Borulardan yığılmış sistemin yüksək temperatur və təzyiq müqaviməti var.
Borunun istismar müddəti: Bu boruların 50 il zəmanəti var və bu istifadə olunan temperaturdan asılı olaraq dəyişə bilər.
Korroziya və kimyəvi müqavimət: Borular korroziyaya və aqressiv mühitə davamlıdır.
Axın sürəti: Hamar daxili səthi olduğuna görə bu borular axın surətini artırır.
Ekoloji təmizlik: İstifadə olunan Polipropilen su ilə reaksiyaya girmir, buna görə də suya əlavə dad qatmır. Daxili səthi sürüşkən olduğundan bakteriyaların, üzvü və qeyri-üzvü çöküntülərin yaranması müşahidə olunmur.
Üç qat Fiberglas (şüşə lifli) PPRC borular
Borunun elastikliyi hava soyuq olduqda çat əmələgəlməsinin qarşısını alır. Biz şüşə lifli boruların istehsalında Sabic və.s kimi tanınmış istehsalçıların yüksək keyfiyyətli polipropilen məhsullarından istifadə edirik.
Keyfiyyət: Bizim zavodda istifadə olunan xammalın əksəriyyəti Avropada istehsal olunub və DIN, TSE, ISO 9001 standardların tələblərinə uyğundur.
Etibarlılıq: Bu Borulardan yığılmış sistemin yüksək temperatur və təzyiq müqaviməti var.
Borunun istismar müddəti: Bu boruların 50 il zəmanəti var və bu istifadə olunan temperaturdan asılı olaraq dəyişə bilər.
Korroziya və kimyəvi müqavimət: Borular korroziyaya və aqressiv mühitə davamlıdır.
Axın sürəti: Hamar daxili səthi olduğuna görə bu borular axın surətini artırır.
Ekoloji təmizlik: İstifadə olunan Polipropilen su ilə reaksiyaya girmir, buna görə də suya əlavə dad qatmır. Daxili səthi sürüşkən olduğundan bakteriyaların, üzvü və qeyri-üzvü çöküntülərin yaranması müşahidə olunmur.
Davamlılıq: Borunun şüşə lifli orta qatı yüksək temperaturda xətti genişlənmənin qarşısını alır ki, bunun da sayəsində borular əyilmir və təzyiqə davamlılığını əhəmiyyətli dərəcədə artırır.


PVC, PPH borular
PVC boruları yüngül çəkiyə, çox möhkəm gövdəyə malikdir. PVC boruları hamar daxili səthə malik olduqlarından onlarda çirklənmə və tutulma halları istisnadır. Genağız konstruksiya sayəsində bir biri ilə və digər PVC fitinqlərlə rahat birləşərək vahid bir sistem yarada bilir. Bu sistem vasitəsilə ağır və baha başa gələn tikinti texnikasından istifadə olunmadan, təzyiqsiz çirkab və yağıș sularının bir yerdən digərinə ötürülməsini təmin etmək mümkündür.
PVC borular
PVC boruların texniki xüsusiyyətləri
Material: polivinilxlorid PVC 100 və PVC 125 (PVC-U).
İşləmə temperaturu: 0° – 45°C.
Tətbiq: texniki və içməli su təchizatı, kimya və qida sənayesi, PVC yapışqanlı kanalizasiya, hovuz və fəvvarələrin tikintisi.
İstehsal forması: 3 metr, 4 metr, 5 metr, bir zəng formalı ucu və ya hər iki tərəfi hamar olan qamçılar.
Təzyiq: 16 atmosferə qədər (PN 6, PN 8, PN 10, PN 12.5, PN 16).
Qoşulma: PVC-U (PVC-U) üçün xüsusi yapışqan istifadə edərək rozetkaya qoşulma.
Xidmət müddəti: 50 il.


Kanalizasiya polipropilen boruları PPH
Daxili kanalizasiya şəbəkələrini yaratmaq üçün PPH “Homogen polipropilen”dən hazirlanmış borulardan istifadə olunur. Bu borular yüksək fiziki və mexaniki xassələrə malik olduqlarından aqressiv mühitə qarşı davamlıdırlar. Bu xassələr kanalizasiya borularının həm daxili və həm də xarici səthlərinə şamil oluna bilər və PVC borularından fərqli olaraq sınmaya qarşı daha dözümlüdürlər.
Polipropilen kanalizasiya borular analoji çuqun borulardan 15-20 dəfə daha yüngüldür. Onlar yuyucu maddələrin təsirinə davamlıdır və həmçinin, Boruları boyamağa heç bir ehtiyac yoxdur. Genağızın mövcudluğu onların bir-biri ilə asanlıqla birləşməsini təmin edir. Zəmanət müddəti 50 ildən artıqdır.
PPH boruların texniki özəllikləri:
+95˚C temperaturlu isti su axınına müqavimət (bəzi hallarda +100 ˚ C-yə qədər).
Kimyəvi maddələrə, tərkibində müxtəlif növ korroziya materialları və qarışıqları olan çirklənmiş sənaye və kənd təsərrüfatı sularına müqavimət.
Hidravlik sürtünmə müqavimətliliyi
Kipləşdirici rezin həlqənin köməyi ilə germetik birləşmələr
Borular və fitinqlərin çəkisinin az olması daşınma və quraşdırma işlərini asanlaşdırır.
Su axını zamanı metal və PVC borulardan fərqli olaraq, PPR boruları səs və vibrasiyanı boğur.
Aşağı istilik keçiriciliyinə görə boruların xarici səthində rütubətin kondensləşməsi baş vermir.
U-PVC Borular
PVC-U Boruların Xüsusiyətləri
İçməli su şəbəkələri
Kənd təsərrüfatı suvarma şəbəkələri
Tullantı su şəbəkələri
Kanalizasiya şəbəkələri
Sənaye obyektləri
Yanğın şəbəkələri
Hovuz tikintisi
Evakuasiya xətləri
Kabelin qorunması və izolyasiyası
PVC-U Borular `ın Məlumatları
U-PVC boru xammalı, digər plastik boruların xammalları ilə müqayisədə daha az neft tərkibi maddələr istifadə edildiyi üçün və istehsalatında daha az enerji tələb etdiyi üçün digər boru çeşidleri arasında ekoloji cəhətdən ən təmiz plastik materiallardan biri sayılır. Digər plastik materiallarla müqayisədə PVC-U boruları həm daha çox az enerji və daha az istehsalat vaxtına sahiptir.
PVC-U borularında və birləşmələrində istifadə olunan sızdırmazlıq contaları xüsusi bir silikon təbəqə ilə örtülü olduğundan, günəş işığına məruz qalması halında contanın pozulması və deformasiyasının qarşısı alınır.
PVC-U boruları və fitinqləri hamar və parlaq daxili və xarici səthləri ilə qalıq və kirli atıqları minimuma endirir, boru sisteminin tıxanmasının qarşısını alır və sürətli və düzgün bir axın təmin edir.
Aşındırıcı olmaması: PVC-U Borusu birləşmələri sərt PVC xammal tərkibli olduğundan xarici faktorlara daha davamlıdır. .
Hamar Daxili Səth: PVC-U Borusu və fitinqləri daxili səthinin hamar və düz olması idealdır.



Simli Koruge Kabel Borusu
Elektrik Borularının xüsusiyətləri
Elektrik Boruları, bir binada və ya quruluşda elektrik naqillərini qorumaq və yönləndirmək üçün istifadə olunan borulu top şəklində olan borulardır. Polietilen Elektrik borular zərbədən, nəmdən və kimyəvi maddələrdən və su buxarindan elektrik naqillərini qoruyur.
Binalarda kabel sistemləri tez – tez dəyişə bilər. Boru kəmərinin istifadəsi ilə boru kəmərindəki dəyişikliklər daha asan və daha təhlükəsiz olur.
Qofralı Elektrik Boruları
Qofralı Elektrik borular istənilən dərəcədə əyilə bilən borulardır. Sütun xətlərində, şaquli döngələrində və elektrik qurğularında çoxlu döngələrin olduğu yerlərdə istifadə olunur. İşi asanlaşdırır. Spiral borular metal və izolyasiya materiallarından olmaqla iki növdə hazırlanır. Spiral boruların diametri 18 – 200 mm -dir və panellər üçün nazik vəya qalın şəklində 25 – 50 – 100 m uzunluğunda top şəklində istehsal olunur.
Plastik yeşiklər
Plastik yeşiklər
Şirkət müxtəlif təyinatlı plastik yeşiklər istehsal edir. İlkin və ya təkrar emal olunmuş polipropilendən istehsal edilmiş bu yeşiklər məhsulun yığılması, daşınması və saxlanması üçün nəzərdə tutulmuşdur. Yeşiklərin simmetrik forması onların anbarda və soyuducularda rahat yerləşdirilməsini təmin edir. Hal-hazırda şirkətdə istehsal olunan bu məhsullar müxtəlif ölçü və rənglərdə alıcılara təqdim olunur.
İstifadə sahələri
Meyvə və tərəvəzin yığılması, daşınması və saxlanması
Kənd təsərrüfatı və sənaye məhsullarının yığılması, daşınması, saxlanması
Çörək və un məmulatlarının yığılması və daşınması
Balıq, ət və toyuq məhsullarının yığılması, daşınması və saxlanması
Üstünlükləri
Kəskin temperatur dəyişikliyinə qarşı davamlığı: -30°C şaxtadan +80°C istiyə qədər
Metal və taxta yeşiklərdən çox yüngül olduğundan rahat daşınması
Qida maddələri üçün tam təhlükəsizliyi
Rahat təmizlənməsi, nəm, göbələk və kif əmələ gətirməməsi
İstifadə müddətinin metal və taxta yeşiklərdən daha uzunömürlü və qənaətlı olması


Plastik Xamıt
Plastik Kabel Xamıtları (zip ties) kabelləri, naqilləri və ya kiçik boruları tez, səliqəli və etibarlı şəkildə bağlamaq və möhkəmləndirmək üçün istifadə olunan praktik aksesuarlardır. Müxtəlif ölçü və rənglərdə mövcud olan bu məhsullar elektrik işlərində, avtomobil sənayesində, tikinti sahələrində və məişətdə geniş tətbiq olunur. Yüksək davamlılığa malik materialdan hazırlanan xamıtlar istismar müddətində öz bərkitmə keyfiyyətini saxlayır.


